Ermənilər təxribat törətdi, diqqətli olmalıyıq – Baş prokuror

“Təəssüf ki, qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar və yenə də davam etdirirlər”.

Globalinfo.az bildirir ki, bunu Baş prokuror Kamran Əliyev Laçında jurnalistlərə açıqlamasında deyib.

“May ayının 26-da iki erməni hərbçisinin Azərbaycan sərhədini pozaraq silahlanmış şəkildə təxribat törətmək məqsədilə ölkə ərazisinə keçmələri və bizim hərbçilər tərəfindən onların qanunsuz fəaliyyətinin qarşısının alınması, digər tərəfdən iyunun 15-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına heç bir əsas olmadan yenidən təxribat törədilməsi bizim bir daha diqqətli olmağımızı zəruri edir”, – Baş prokuror vurğulayıb.