İranda 4,0 maqnitudalı zəlzələ olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.
“İranın Fars əyalətinin Ləmard şəhərində bazar günü saat 10:17-də Rixter cədvəli üzrə 4,0 bal gücündə zəlzələ baş verib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə olmaqla 9 kilometr dərinlikdə qeydə alınıb.”
***
Gürcüstanda 3,6 maqnitudalı zəlzələ olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
“Saat 08:06-da Tbilisidən 4 km aralıda 3,6 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı 24 km dərinlikdə yerləşib”, – deyə bildirilib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Əliyar Xəlil
Globalinfo.az