ABŞ-ın Tbilisidəki səfirliyi Gürcüstanda olan vətəndaşlarına bu ölkədə baş verə biləcək terror hücumu ilə bağlı xəbərdarlıq edib.
Globalinfo.az xəbər verir ki, səfirlik Tbilisidəki üç ticarət mərkəzində bomba təhlükəsi olduğu ilə bağlı məlumat əldə etdiyini bildirib.
Səfirliyin bəyanatına görə, “East Point”, “Galleria Tbilisi” və “Tbilisi” ticarət mərkəzlərində terror cəhdləri həyata keçirilə bilər. ABŞ səfirliyinin bütün əməkdaşlarına adı çəkilən ərazilərə getməmək tövsiyə olunub.