Qonşu ölkədə təhlükə: hər kəsə xəbərdarlıq edildi

Hazırda Gürcüstanda 12 növ virus qeydə alınıb, bunların arasında ən çox yayılan isə A tipli viruslardır.

Globalinfo.az xəbər verir ki, bu barədə Tbilisidəki Tsitsişvili adına yeni klinikanın tibb direktoru Maya Çxaidze məlumat yayıb.

Onun sözlərinə görə, gələn il yanvar-fevral aylarında viruslara yoluxma üzrə göstərici pik həddə çatacaq.

Həkim deyib ki, yoluxma zamanı müalicənin effektivliyini artırmaq üçün 24 və 48 saat ərzində qan analizləri verilməlidir.

Bundan başqa, xəstələrin yaş qrupuna və xəstəliyin növlərinə diqqət yetirilməlidir. Bir yaşına qədər uşaqlarda əsasən yüksək hərarət, kataral xəstəliklər, tənəffüs yollarının iltihabı və nəfəs almaqda çətinlik daha çox müşahidə olunur. Belə olan hallarda onların evdə müalicəsi yolverilməzdir. Valideynlər uşaqlarda hərarətin artdığını görən kimi, klinikalara müraciət etməlidirlər.

“Yetkinlik yaşına çatmış uşaqlar və böyüklər evdə müalicə oluna bilərlər. Xəstəlik zamanı 6-7 gün ərzində yüksək hərarət baş verə bilər. Lakin xəstənin hərarəti bu müddət ərzində düşməzsə, dərhal xəstəxanaya müraciət olunmalıdır”, – deyə M.Çxaidze vurğulayıb.