Qohumunun maşınını oğurlayan şəxs tutuldu

Binəqədidə vətəndaşın avtomobilini onunla birgə yaşayan qohumu oğurlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, Binəqədi RPİ-nin 6-cı polis bölməsinə iyunun 9-da səhər saatlarında Biləcəri qəsəbəsi ərazisindən “Toyota” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Araşdırmalarla vətəndaşın mobil telefonunu və nəqliyyat vasitəsinin açarını onunla birgə yaşayan qohumu İsrayıl Əlixanovun oğurlaması və avtomobili qaçırması müəyyənləşib.

Polis əməkdaşlarının keçirdikiləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən İ.Əlixanov Bakı-Quba yolunda avtomobillə hərəkətdə olarkən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam edir.