Bir qədər əvvəl sabiq deputat Qalib Salahzadə Bilgəhdə ona məxsus torpaq sahəsinin mənimsənildiyini açıqlamışdı. O bildirmişdi ki, sabiq spiker Rəsul Quliyev ələ keçirdiyi torpaq sahəsini 5 milyon manata azərbaycanlı milyarder Qod Nisanova satıb. Sabiq deputat yaxın zamanda məhkəmə keçiriləcəyini açıqlamışdı.
Hazırda proses nə yerdədir?
Məsələ ilə bağlı Globalinfo.az-a danışan Hacı Qalib Salahzadə deyib ki, 2025-ci ilin oktyabrında məhkəmə onun xeyrinə qərar çıxarsa da, proses uzanır:
“Rusiyada yaşayan Azərbaycan əsilli milyarder Qod Nisanov torpağı tanınmış generallardan birinin qardaşı Yalçın Həsənovun adına alıb. Həmin torpaq qanunla mənim və doğmalarımın adınadır. Ata-babadan 4 hektar torpaq sahəsi miras qalıb və həmin ərazidə 8 ev tikilib. Amma hansısa yollarla əlimizdən alınıb. Düşünürdüm ki, Ali Məhkəmədə də qalib gələrəm, amma hakimin də Qod Nisanovun adamı olması ümidimi azaldıb”.
Zaira Akifqızı
Globalinfo.az