Qobuda itlərin dişlədiyi uşaq danışdı – VİDEO

Bir neçə gün əvvəl Qobuda sahibsiz itlərin hücumuna məruz qalan Amar Əliyevin xəstəxanadan görüntüləri yayılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Azyaşlı yaxşı olduğunu deyərək, dostlarına təşəkkür edib.

Həmin görüntüləri təqdim edirik:

***11:08

Qobuda itlərin dişlədiyi doqquz yaşlı uşaq bu gün reanimasiyadan palataya köçürülüb.

Globalinfo.az bildirir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

Onun sözlərinə görə, pasiyentin vəziyyətində müsbət dinamika müşahidə olunur: “Hazırda müalicəsi palata şəraitində davam etdirilir”.

Qeyd edək ki, hadisə martın 3-ü saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında baş verib. Uşaqda çoxsaylı yaralar müşahidə edilib və dərhal cərrahi müdaxilə edilib.