Qobuda it dişləyən uşağın son durumu

Qobu qəsəbəsində it dişləyən azyaşlının vəziyyətində müsbət irəliləyiş hiss edilir.

Globalinfo.az bildirir ki, bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, martın 3-ü tarixində Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlının vəziyyəti orta-stabildir:

“Səhhətində müsbət dinamika müşahidə edilir. Müalicələri palatada davam etdirilir”.

Xatırladaq ki, hadisə Martın 3-ü saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında qeydə alınıb.  İt azyaşlıya hücum edib. Uşaqda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib.