Allahşükür Paşazadə: “Sonradan bildim ki, biz ögey qardaşıq”

***11:42

“İran tarixdə və islam tarixində böyük səhv edir, bu da bağışlanmazdır. Biz İranı qardaş bilirdik və qardaşımızın belə addım atmasını istəmirdik”.

Globalinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə deyib.

O, Tehranın İrəvanla qardaşlaşmasını səhv addım hesab etdiyini bildirib:

“Biz onları qardaş kimi tanıyırdıq. Amma sonradan gördük ki, bu qardaşın başqa qardaşı da varmış. Biz ögey qardaş imişik. Hesab edirəm ki, onlar öz səhvlərini başa düşəcək. Onlar tarixdə və islam tarixində böyük səhv edirlər ki, bu da bağışlanmazdır. Ümid edirəm ki, səhvlərini başa düşüb geri qayıdacaqlar”.