ql 11

Qlobal Cənub QHT Platformasında (Global South NGO Platform – GSNP) katiblik Azərbaycana keçib.

Globalinfo.az xəbər verir ki, bu, Platformanın I Baş Assambleyasının toplantısında açıqlanıb.

Bildirilib ki, seçkiyə əsasən, Fuad Kərimli GSNP-nin Baş katib seçilib. Bununla da Azərbaycan GSNP-nin I Baş Assambleyasında təşkilata 5 il rəhbərlik edəcək. Həmçinin onun Latın Amerikası, Afrika, Asiya və Sakit okean hövzəsi regionlarını əhatə edən bölgələr üzrə 4 müavini seçilib.

Toplantıda dünya əhalisinin 80%-nin yaşadığı Latın Amerikası, Afrika, Asiya, Sakit okean hövzəsini əhatə edən regionlardan ümumilikdə 110-dan çox ölkədən QHT təmsilçiləri iştirak edir.

ql 11 1 ql 12 ql 13 ql 14 ql 15 ql 16

Paylaş: