Qızılın qiymətində tarixi rekord

Qızılın qiyməti bütün zamanların ən yüksək səviyyəsinə – bir unsiya üçün 2315 dollara qədər yüksələrək tarixi rekorda imza atıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” nəşri yazıb.

Pik həddinə çatdıqdan sonra qızıl cüzi korrektə edərək, əvvəlki bağlanışdan 0,25% yüksək olmaqla bir unsiya üçün 2,324 dollara satılıb.

Bu, investorların yüksək inflyasiyaya baxmayaraq, bu ilin sonunda ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini aşağı salacağını gözlədikləri üçün baş verib.

Qeyd edək ki, aprelin 3-də səhər saatlarında qiymətli metalın qiyməti ilk dəfə 2 300 dollar həddini keçərək 1 unsiyası üçün 2 305 dollar təşkil edib.

Təhlükəsiz aktiv hesab edilən qiymətli metal fevralın ortalarından bəri 15% bahalaşıb.