Qızılcaya yoluxma halı 30 dəfə artıb: təcili çağırış

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü ilin yanvar-oktyabr ayları ərzində Avropa regionunda qızılcaya 30 mindən çox yoluxma halı qeydə alıb.

Globalinfo.az xəbər verir ki, ÜST-ün Avropa ofisinin yaydığı xəbərdarlıqda ötən ilin ilk 10 ayı ərzində yoluxma hallarının bir il əvvələ nisbətdə 30 dəfə artdığı açıqlanıb. Təşkilat ölkələri təcili immunizasiya kampaniyaları aparmağa çağırıb.

ÜST-ün məlumatında qeyd olunub ki, xəstəliyə yoluxmaların kəskin artması qızılca peyvəndi vurulanların sayının azalması ilə əlaqəlidir.

Bildirilib ki, milyonlarla valideyn və baxıcı ilə əlaqə saxlanılıb uşaqların qızılcaya qarşı tam peyvənd olunmasını təmin etmək üçün görüşlər təşkil edilir:

“Uşaqları bu potensial təhlükəli xəstəlikdən qorumağın yeganə yolu peyvənddir”.