“Qızıl Qlobus” mükafatlarının təqdimetmə mərasimi – Qızmızı xalıda diqqət çəkən obrazlar/FOTOLAR

Bu il də ənənəvi olaraq “Qızıl Qlobus” mükafatlarının təqdimetmə mərasimi keçirilib.

Hər il kino sektorunun ən yaxşılarınının mükafatlandırıldığı mötəbər tədbir Nyu-Yorkda Rokfeller mərkəzində baş tutub.

Cerrod Karmayklın aparıcılığını etdiyi gecədə ulduz kimi bərq vuran məşhurlara müxtəlif kateqoriyalarda “Qızıl Qlobus”lar təqdim edilib.

Artıq 80-ci dəfədir təşkil edilən mükafatlandırmada “Taxt Oyunları” serialının davamı “Əjdahanın evi”Ən yaxşı dram janrlı serial” nominasiyasında qalib olub.

Rejissor Qilermo del Toro Qomesin “Pinocchio”suƏn yaxşı cizgi filmi” seçilib. Ona “Qızıl Qlobus” təqdim olunub.

Amerikalı aktyor Ostin Batler “Ən yaxşı dram aktyoru” nominasiyasında qalib olub. O bu mükafata “Elvis” filmindəki obrazına görə layiq görülüb.

Avstraliyalı aktrisa Keytd BlanşetƏn yaxşı dram aktrisası” adına layiq görülərək “Qızıl Qlobus” alıb. O bu mükafatı “Tár” filmindəki roluna görə alıb.

Ən yaxşı aktyor” adını Kolin Farrel alıb. O bu ada “The Banshees of Inisherin” filminə görə layiq görülüb.

Stivn SpilberqƏn yaxşı rejissor” nominasiyasında mükafatlandırılıb. O “Qızıl Qlobus”u “The Fabelmans”a görə alıb.

Xarici dildə ən yaxşı film” kateqoriyasında “Argentina 1985” filmi seçilib.

Rejissoru Stiven Spilberq olan “The Fabelmans” mükafatlandırma mərasiminin “Ən yaxşı film“i seçilib.

Gecənin “Ən yaxşı komediya” janrında filmi “The Banshees of Inisherin” olub.

Bu il  Los-Ancelesdə 80-ci “Qızıl Qlobus” mükafatlarının təqdimat mərasimi zamanı “qırmızı xalı”da Marqo Robbi, Salma Hayek, Mişel Uilyams, Cessika Çesteyn, Hilari Suonk, Siqurni Uiver, Viola Devis, Eddi Redmeyn, Kler Deyns, Mişel Yeo, Ana de Armas, Lili Ceyms, Billi Porter, Selena Qomes, Anya Teylor-Coy, Deyzi Edqar-Cons, Cenni Orteqa və digərləri göz qamaşdırıblar.

Fotoları təqdim edirik: