Qızı “şofer Əhməd”in son durumunu açıqladı

Əməkdar artist, kinorejissor Elxan Qasımovun ağciyərləri süni ventilyasiya cihazından ayrılıb.

Globalinfo.az bildirir ki, bu barədə “Report”a kinorejissorun qızı Kəmalə Qasımova məlumat verib.

Onun sözlərinə görə, atası hələ də reanimasiyadadır və böyrəkləri dializ olunur: “Ehtiyac olduqda qan köçürülür. Ağciyərləri süni ventilyasiya cihazından ayrılıb. Ümumi vəziyyəti nəzarətdə saxlanılır. Hərdən ayılıb, gözünü açır. Amma hələ ki danışa bilmir. Danışdırmaq da olmaz. Boğazında traxeostomik boru var. Həkimlər dəqiq söz deyə bilmir. Vəziyyətində cüzi irəliləyiş var, amma kritik mərhələ tam bitməyib. Çoxlu qan itirib deyə, bədəni zəifləyib”.

Qeyd edək ki, 78 yaşlı Əməkdar artist bir neçə gün öncə aorta anevrizmasının partlaması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.