Qız qalası yaxınlığındakı attraksionlar narazılıq yaratdı – FOTOLAR

Qız qalası yaxınlığında attraksionların quraşdırıldığını əks etdirən görüntülər yayılıb.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bu, şəhər sakinlərinin narazılığına səbəb olub. Onlar attraksionların qədim şəhərə yaraşmadığını qeyd ediblər.

Məsələ ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sorğu ünvanladıq.

Qurumun Mətbuat xidmətindən saytımıza bildirilib ki, attraksionlar artıq yığışdırılıb.