Qırmızı meydana giriş qadağan edildi

Moskvanın Qırmızı meydanı 9 may – Qələbə paradına hazırlıqlar səbəbindən ziyarətçilərə bağlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Federal Mühafizə Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Simonov TASS-a açıqlamasında deyib.

“Qırmızı Meydan 9 May paradına hazırlıqla əlaqədar bağlanıb”, – Simonov bildirib.

Məlumata görə, meydanın həm “Diriliş qapısı”ndan, həm də Nikolskaya küçəsindən olan girişi bağlanıb.

Bununla bağlı polis əməkdaşları da meqafonlarla səsləniblər.