Qırmızı meydan əhatəyə alındı: giriş qadağan edildi – VİDEO

Moskvada “Krokus Siti Holl” konsert kompleksində baş verən terror aktından sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Kremlin yerləşdiyi Qırmızı meydanı əhatəyə alıblar.

Globalinfo.az xəbər verir ki, meydana bütün girişlər bağlanıb, orada post-patrul xidməti və xüsusi təyinatlı mobil dəstə (OMON) keşik çəkir.