pasinyan 011

“Planlaşdırılmamış səfərlər etmişəm və son vaxtlar tikilmiş uşaq bağçalarından birində belə bir mənzərənin şahidi oldum: sanitar qovşağında unitaz oturacaqları ya tamamilə sındırılmışdı, ya da ümumiyyətlə yox idi”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

“Belə mənzərə köhnə, bərbad vəziyyətdə olan məktəb və uşaq bağçalarında adi haldır. Orada şəraiti qorumağın çətin olduğunu anlayırıq. Ancaq söhbət yeni tikilmiş uşaq bağçasından gedirsə, bu, heç bir halda qəbul edilə bilməz.

Həmin uşaq bağçasının direktorunun vəzifəsindən azad edilməsi barədə göstəriş vermişəm”, – Paşinyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: