Bişkekdə hərbi helikopter qəzaya uğradı

Qırğızıstanın paytaxtı Bişkek yaxınlığında Mi-8 hərbi helikopteri qəzaya uğrayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.

Dostuk mikrorayonunda təlim uçuşu zamanı baş verən qəza nəticəsində 1 nəfərin öldüyü, 7 nəfərin yaralandığı qeyd olunur.

Yaralıların vəziyyəti ilə bağlı rəsmi açıqlama yoxdur.

Ayşən Mustafa
Globalinfo.az