Dekabrın 6-da 55 yaşı tamam olan Qırğızıstan Prezidenti Sadır Japarov ad günü münasibətilə məmurların ona hədiyyə verməsini qadağan edib.
Globalinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini Edil Baysalov mətbuat konfransında bildirib.
Edil Baysalov Prezidentin “tarixi miqyasda” transformasiyalar həyata keçirərək ölkədəki vəziyyəti tamamilə dəyişdirə bildiyini qeyd edib. Onun sözlərinə görə, dövlət başçısı bundan sonra da islahatları davam etdirmək niyyətindədir.