Qırğız deputat həbs edildi – Ağır ittiham

Qırğızıstan parlamentinin müxalif deputatı Adaxan Madumarov dövlətə xəyanətdə şübhəli bilinərək həbs edilib.

Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Qırğızıstan Daxili İşlər Nazirliyinin İstintaq Xidməti yüksək vəzifəli şəxslərin dövlətə xəyanət faktı ilə bağlı cinayət işini araşdırır. 2023-cü il sentyabrın 2-də Qırğızıstanın Təhlükəsizlik Şurasının keçmiş katibi Adaxan Madumarov cinayət işi çərçivəsində saxlanılıb”, – məlumatda qeyd olunub.

Hazırda istintaq davam edir.