aygun1

Ucqar bölgələrdə ailə-məişət, qadın və uşaq hüquqları ilə əlaqədar layihələrin və tədbirlərin artırılmasına ehtiyac var.

Globalinfo.az xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva Prezident Kitabxanasında keçirilən “Uşaq və Hüquq” adlı kitabın təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, qrant layihələrinin təqdimatı zamanı da ucqar ərazilərdə tədbirlərin icrasına daha çox fokuslanmaq lazımdır:

“QHT-lərdən regionlara diqqəti artırmağı xahiş edirəm. Bu, təkcə qrant layihələri çərçivəsində deyil, gündəlik fəaliyyətdə də yer almalıdır”.

Paylaş: