qht 11

Qazaxıstanın paytaxtı Astana şəhərində “Regional Ekoloji Sammit – 2026 öz işinə başlayıb.

Globalinfo.az bildirir ki, Azərbaycan Respublikasının QHT Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva, Agentliyin əməkdaşı Afərin Quliyeva tədbirin açılış sessiyasında və “8th Central Asian Conference on Climate Change (CACCC-2026) – “NDCs 3.0: From Commitments to Action” (İqlim Dəyişmələri üzrə 8-ci Mərkəzi Asiya Konfransı – “Milli səviyyədə müəyyən edilmiş töhfələr 3.0: öhdəliklərdən fəaliyyətə”) adlı tədbirdə iştirak ediblər.

Tədbir “Ortaq dayanıqlı gələcək baxışı” mövzusuna həsr olunub və aprelin 24-dək davam edəcək.

Sammit çərçivəsində Tehran Konvensiyası üzrə keçirilən nazirlər dialoqu və Xəzər dənizi regionunda ekoloji təhlükəsizlik məsələləri xüsusi diqqət mərkəzindədir.

qht 12

qht 13 qht 14

Paylaş: