QHT Agentliyi ilə bağlı məlumat təkzib edildi

Azərbaycan Respublikası Baş Prokurorluğunun QHT-lərə Dövlət Dəstəyi Agentliyində yoxlama aparması barədə məlumat həqiqəti əks etdirmir.

Globalinfo.az bildirir ki, həm Baş Prokurorluq, həm də QHT-lərə Dövlət Dəstəyi Agentliyi APA-nın sorğusuna cavab olaraq bununla bağlı mediada yayılan məlumatı təkzib edib.