befunky collage 2025 05 02t104538912

Qəzza zolağına humanitar yardım aparan “Azadlıq Donanması”nın gəmilərindən biri Malta sahillərində pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. 

Globalinfo.az xəbər verir ki, hücum nəticəsində gəmi qəzaya uğrayıb.

Məlumata görə, gəmi Maltadan 17 kilometr məsafədə batıb. Hücumdan sonra göyərtəyə su sızmağa başlayıb və yaxınlıqdakı ölkələrə yardım siqnalı göndərilib. Gəmidə müxtəlif ölkələrdən 30 hüquq müdafiəçisinin oluğunu bildirilir, lakin onların taleyi ilə bağlı məlumat yoxdur.

Gəmi gecə yarısından sonra iki dəfə PUA hücuma məruz qalıb. Qətərin “Əl-Cəzirə” telekanalı hücumun İsrailə məxsus dron vasitəsilə həyata keçirildiyini iddia edib.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: