Qəzza zolağının mərkəzi və cənub bölgələrində telekommunikasiya xidmətləri və internet əlaqəsi qismən bərpa edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Fələstinin “Paltel” və “Jawwal” telekommunikasiya şirkətləri məlumat yayıb
“Biz Qəzza zolağının mərkəzi və cənub bölgələrində faks, mobil və internet xidmətlərinin mərhələli şəkildə bərpa olunduğunu elan etmək istərdik, burada komandalarımız problemin baş verdiyi yerə gedib və nasazlığı aradan qaldırmağı bacarıblar”, – şirkətlərin açıqlamasında bildirilir.
Həmçinin bildirilib ki, rabitə xidmətlərinin bərpası son günlər ərzində təkrarlanan təmir cəhdlərindən sonra və “müvafiq beynəlxalq tərəflərin müdaxiləsi ilə” mümkün olub.
Əliyar Xəlil
Globalinfo.az