Qəzzada 300-ə yaxın Türkiyə vətəndaşı qalıb

Qəzza zolağında ikili vətəndaşlığı olan 300-ə yaxın Türkiyə vətəndaşımız var.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan misirli həmkarı Semih Şükri ilə keçirdiyi birgə mətbuat konfransı zamanı deyib.

“Biz təxliyə ilə bağlı Misir hakimiyyəti və İsrail hakimiyyət orqanları ilə sıx əməkdaşlıq edirik. İkili vətəndaşlığı olan 300-ə yaxın Türkiyə vətəndaşımız var. Onlardan 30-u təxliyə edilib. Onların siyahısı müvafiq orqanlara verilib. Lazımi işlər həyata keçirilir”, – deyə nazir bildirib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını açıqlayıb.