Samux rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar sentyabrın 2-də saat 11:10 radələrində 7 nəfər (5 kişi, 2 qadın cinsli) Samux Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Globalinfo.az-a TƏBİB-dən bildirilib.
“Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə ilkin tibbi xidmət göstərilib. Onlar daha ixtisaslı tibbi xidmət almaq üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki tibb müəssisələrinə təxliyə olunublar. Hazırda Akademik Z.Məmmədov adına xəstəxananın və Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbələrində onların müayinələri davam etdirilir”, məlumatda deyilir.
APA-nın yerli bürosunun məlumatına görə, qəzada xəsarət alanlar aşağıdakılardır:
1994-cü il təvəllüdlü E.Əliyev, 1993-cü il təvəllüdlü S.Qafarova, 1972-ci il təvəllüdlü N.Əliyev, 2023-cü il təvəllüdlü Ş.Əliyev, 2001-ci il təvəllüdlü E.Behbudov, 2025-ci il təvəllüdlü F.Əliyev və daha bir nəfər.
Onların vəziyyətinin orta ağır olduğu bildirilir.
***15:06
Samuxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Qaraağaclı qəsəbə sakini 1967-ci il təvəllüdlü Rafiq Behbudovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil Samux-Kür yolunun Sarıqamış kəndi ərazisində hərəkətdə olarkən ötmə zamanı qarşıdan gələn “Hyundai” markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində sürücü Rafiq Behbudov vəfat edib. Avtomobildə olan sürücünün oğlu, Qaraağaclı qəsəbə sakini 2001-ci il təvəllüdlü Emin Behbudov müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.
