bas serjant

Bu gün səhər saatlarında Hacıqabulda baş vermiş ağır qəzada həyatını itirən şəxs polis əməkdaşı imiş.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı-Qazax magistralında yük avtomobili ilə toqquşan və daha sonra metal arakəsməyə çırpılan “Mercedes” markalı təcili tibbi yardım maşınında ölən şəxs polis baş serjantı Rəsul Qurbanlı olub.

Belə ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı olan R. Qurbanlı operativ nəqliyyat vasitəsi ilə Füzulidən Bakıya, xüsusi təyinatlı tibb müəssisəsinə gətirilən xəstəni müşayiət edirmiş.

Faktla bağlı araşdırmalar davam etdirilir.

cfe2bb3f 653c 4875 a2cc f74e9adc0aab

Paylaş: