qum 1

Balakəndə yerin təkindən qanunsuz istifadə etməkdə şübhəli bilinən şəxslər müəyyən olunublar.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən tədbirlərlə Balakənçay çayında qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən 2 nəfər müəyyən olunub. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Araşdırma aparılır.

qum 2 qum 3

Paylaş: