Qətlə yetirilən Turanın bacısı: “Hadisədən bir gün əvvəl…”

Yarışdan bir gün əvvəl kimanolarımızı geyinib güləşirdik.

Globalinfo.az bildirir ki, bu sözləri bir müddət əvvəl Şağandakı Olimpiya Kompleksində qətlə yetirilən 16 yaşlı idmançı Turan Rüstəmovun bacısı Gülsüm Rüstəmova MTV-yə danışarkən deyib.

O qardaşı ilə bağlı xatirələrini bölüşüb və göz yaşlarına hakim ola bilməyib:

“Mənim də idmana həvəsim var idi, ikimiz də idmana gedirdik, sonra mən davam etdirmədim. Heç kimə bir söz demirdi, içində yaşayırdı hər şeyi, sözü ağzından zorla alırdıq.

Sadəcə, onun unudulmamasını istəyirəm”.

Qeyd edək ki, noyabrın 27-də Bakının Şağan qəsəbəsindəki idman arenasında Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində 2006-cı il təvəllüdlü Turan Rüstəmovu qətlə yetirib. Hadisəni törədən Ruslan Səfixanov saxlanılıb. Qətl ilə bağlı araşdırma aparılır.