Qətlə yetirilən cüdoçu ilə bağlı sensasion gəlişmə – Vəkili açıqladı

Müstəntiq noyabrın 27-də Bakının Şağan qəsəbəsində qətlə yetirilən 16 yaşlı Turanın anasını zərərçəkmiş qismində tanımır.

Bu barədə Globalinfo.az-a açıqlamasında noyabrın 27-də Bakının Şağan qəsəbəsində qətlə yetirilən 16 yaşlı Turan Rüstəmovun anası Sevinc Xəlilovanın vəkili Mehman Muradlı məlumat verib.

O bildirib ki, məhkəməyə ilk ana müraciət etsə də, atanın varisliyi qəbul olunub:

“Müstəntiq ananın varisliyini tanımaq istəmir. Deyir, ata sizdən əvvəl ərizə verib. Dekabr ayının 5-i biz, 6-sı ata müraciət edibsə, necə ata bizdən tez ərizə verə bilər?! Onu da qeyd edim ki, Turan anasının himayəsində böyüyüb. Son zamanlar atası ilə əlaqəsi olmayıb”.

Qeyd edək ki, noyabrın 27-də Bakının Şağan qəsəbəsindəki idman arenasında Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində 2006-cı il təvəllüdlü Turan Rüstəmovu qətlə yetirib. Hadisəni törədən Ruslan Səfixanov saxlanılıb. Qətl ilə bağlı araşdırma aparılır.

Zaira Akifqızı
Globalinfo.az