Qətər ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatda iştirak etmədiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, Doha yalnız İran tərəfindən edilən hücumların qarşısını almaq məqsədilə beynəlxalq hüququn özünümüdafiə prinsipinə uyğun addımlar atır.
Məlumata görə, son sutka ərzində Qətər İran ərazisinə zərbə endirib. Bu addım Dohanın Tehrana qarşı mülki infrastruktura hücum cəhdləri ilə bağlı ittihamlarından sonra atılıb. Qətər tərəfi daha əvvəl belə bir hal baş verərsə, cavab zərbəsi endirəcəyini bildirmişdi.
Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Macid əl-Ənsari deyib ki, İran raket buraxılışlarından əvvəl rəsmi Dohaya hər hansı xəbərdarlıq etməyib.
Hadisə ilə bağlı rəsmi Tehran hələlik açıqlama verməyib.
Əliyar Xəlil