Stoltenberq Ukrayna müharibəsi haqda pis xəbər verdi

Qərb Ukraynada uzun müddət davam edəcək konfliktə hazır olmalıdır, çünki hələlik onun nizamlanması ilə bağlı perspektivlər görünmür.

Globalinfo.az xəbər verir ki, bunu “Qardian”a müsahibəsində NATO baş katibi Yens Stoltenberq deyib.

O, Ukraynadakı savaşın tükətmə müharibəsi olduğunu bildirib. Stoltenberq Rusiya rəhbərliyinin hələlik sülhü planlaşdırmadığını söyləyib. NATO baş katibi Qərb ölkələrinin Ukraynaya yeni silah tədarükü üçün istehsal gücünü artırmaları gərəkdiyini qeyd edib.

Stoltenberq bu silahların Ukraynanın əks-hücum həyata keçirməsi üçün göndərildiyini bildirib. O həmçinin Qərbin öz müdafiəsinə daha çox vəsait ayırmalı olduğunu vurğulayıb.

İlkin Həsənov
Globalinfo.az