Tbilisidə Qərbi Azərbaycan forumu: İrəvan narahat oldu

Gürcüstanın paytaxtı Tbilisidə Qərbi Azərbaycana qayıdış mövzusunda forumun keçirilməsi Ermənistanda ciddi müzakirələrə səbəb olub.

Globalinfo.az xəbər verir ki, erməni türkoloq Varujan Qeqamyan Gürcüstanda belə bir tədbirin təşkilinə icazə verilməsinə etiraz edib.

“Beynəlxalq səviyyədə Qərbi Azərbaycana qayıdış adı ilə tədbirin keçirilməsi üçün müraciət edilir və buna Tbilisi hökuməti icazə verir. Forumun adının Qərbi Azərbaycanla bağlı olması diqqət çəkir. Əgər bizdə milli hökumət olsaydı, Ermənistan diplomatik kanallar vasitəsilə bu forumun təşkilinin qarşısını alardı. Yaxud hər hansı tədbir görülərdi”, – V.Qeqamyan bildirib.

Ayşən Mustafa
Globalinfo.az