Putinin uğursuzluğa düçar olan iki gizli istəyi

Baxmutun ələ keçirilməsi ilə bağlı uğursuzluqdan sonra “Vaqner”in rəhbəri Yevgeni Priqojin Rusiya Prezidenti Vladimir Putin qarşısında nüfuzunu və gücünü itirib.

Globalinfo.az xəbər verir ki, bu iddia ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu yayıb.

Təşkilatın ekspertləri Priqojinin ulduzunun artıq sönməyə başladığını bildiriblər. Məlumata görə, Putin “Vaqner” rəhbəri və general Sergey Surovikinə müraciət edərək, birincinin daha çox ərazi işğal etməsini, ikincinin isə ukraynalıların mənəvi baxımdan sındırılmasını həyata keçirməsini istəyib. Bununla belə hər iki istək uğursuzluğa düçar olub.

İnstitut belə vəziyyətin Putinə ultrasağçı generallar və Priqojinin təzyiqini artıracağını, həmçinin onun qeyri-rasional müharibə istəklərini gücləndirəcəyini qeyd edib.

Təsadüfi deyil ki, Priqojin ulduzunun sönməsi fonunda savaşın şiddəti ilə bağlı təbliğatı artırıb. Belə ki, Soledar uğrunda  döyüşləri Stalinqradla müqayisə edən Priqojin Ukraynadakı döyüşlərin daha ağır olduğunu bəyan edib.

Aqşin
Globalinfo.az