Qərbi Azərbaycan İcması Azərbaycan Respublikasının İran islam respublikasındakı səfirliyinə bu gün edilmiş silahlı hücumu şiddətlə qınayır.
Globalinfo.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb.
Elçilərin toxunulmazlığına dair islam ehkamlarına və beynəlxalq normalarına hörmətsizliyin və xarici dövlətlərin səfirliklərinə xain hücumların İranda ənənəyə çevrilməsi təəssüf doğurur”, – deyə bəyantda bildirilib.
İcma tutduğu vəzifəsindən asılı olmayaraq, bu hücumu sifariş edənlər, təşkil edənlər və icra edənlərin dərhal həbs edilməsini və tərəfsiz ədalət məhkəməsinə təslim edilməsini tələb edir.