Qərbə görə Ukrayna hərbçiləri ölür – Zelenski

Qərb ölkələri Kiyevə vacib silahları göndərməyə tələsmirlər.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O bunun Ukrayna hərbçilərinin ölümü ilə nəticələndiyini bildirib:

“Başa düşməliyik ki, hər dəfə bizə vəd edilən silah tədarükünün vaxtı uzananda, hər dəfə silahın məsafəsi və digər xarakteristikaları ilə bağlı problem yarananda Ukrayna hərbçiləri həyatlarını itirirlər”.

Zelenski həmçinin lazım olan silahın tədarükünə razı salınması üçün bəzən tərəflərin çox zaman xərclədiklərini deyib.

İlkin Həsənov
Globalinfo.az