Qərb və Rusiyanı birləşdirən “yol” oyunu: Kartlar açılır

Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinləri üçün yük daşıyan nəqliyyat vasitələrinin Xankəndinə keçidi hələ də yubanır.

Rusiya Qızıl Xaç Cəmiyyətinin (ROSC) göndərdiyi yük maşını da hələ də Bərdədədir.

Globalinfo.az Caliber.az-a istinadən məlumat verir ki, hadisələr cərəyan etdikcə, baş verənlərin aydın mənzərəsi ortaya çıxır.

Belə ki, Rusiya Qızıl Xaç Cəmiyyəti qeyri-rəsmi kanallar vasitəsilə beynəlxalq tərəfdaşların təzyiqləri barədə məlumat verir, eyni zamanda Qarabağda kiçik bir qrup insanın “narazılığını” bildirir.

Nəticə etibarı ilə Qərb Ağdam və Laçın marşrutlarının “eyni vaxtda” açılmasında israr edir, Rusiya tərəfi isə yükün guya “Qarabağ erməniləri tərəfindən buraxılmadığını” iddia edir. Bütün bunlar onu deməyə əsas verir ki, Moskva ilə Qərb arasında Azərbaycanın maraqları bahasına hansısa “oyun” gedir.

Ağdam marşrutunun işləməsi ilə bağlı presedent bizim tərəfdaşlarımızın əksini bəyan etmələrinə baxmayaraq, onları son dərəcə narahat edir. Aydındır ki, bu, nə Moskvanın, nə də Qərbin xoşuna gəlmir, lakin hər birinin öz səbəbləri var, baxmayaraq ki, onların bu konkret məsələdə maraqları üst-üstə düşür.

ABŞ və Rusiyadakı tərəfdaşların tamamilə əsassız gözləntiləri var idi ki, Rusiya Qızıl Xaç Cəmiyyətinin yüklərinin Ağdamdan keçməsi ilə eyni vaxtda BQXK üçün Laçın yolu da açılacaq. Lakin bu “cəhd” nəticə vermədi, çünki bu yollar boyunca malların eyni vaxtda keçirilməsini nəzərdə tutan heç bir razılaşma olmayıb.

Rusiya Qızıl Xaç Cəmiyyətinin yükləri yalnız Ağdamdan, BQXK-nın yükləri isə Ağdam və Laçından eyni vaxtda keçməlidi. Və dünən rəsmi Bakının (Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin tvitində – Qeyd) Rusiyanın təşəbbüsü ilə Rusiya Qızıl Xaç Komitəsinin ərzaq yükünün Xankəndi istiqamətində hərəkət etməsi ayrıca bir razılaşmadır və Beynəlxalq Qızıl Xaç Komitəsinin daşımaları üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılması təklifi ilə qarışdırılmamalıdır bəyanatı Moskva və Vaşinqtonun kartlarını kəskin şəkildə qarışdırıb.

Və ən pis “dostların” həyata keçirmək istədiyi bütün proses dalana dirənib… Artıq bu gün “Kommersant”da söz-söhbətlər dolaşır, orada erməni əsilli rusiyalı jurnalist diplomatik yolla Bakını öhdəliklərdən boyun qaçıran tərəf kimi qələmə verməyə çalışır. Lakin diplomatik prosesdən xəbəri olan bütün beynəlxalq oyunçular real vəziyyətdən xəbərdardırlar.

Eyni zamanda, rəsmi Bakı BQXK-nın avtomobillərinin Ağdam və Laçın marşrutları ilə eyni vaxtda getməsinə razılıq verib, BQXK-nın avtomobillərini istənilən vaxt buraxmağa hazır olduğunu bildirib. Lakin bundan imtina edən Qarabağ separatçılarıdır, bütün maraqlı tərəflər bunu çox gözəl bilirlər.

O ki qaldı Moskva və Vaşinqtona, əgər yuxarıda qeyd olunan yolların “eyni vaxtda” açılmasını ürəkdən arzulayırlarsa, o zaman Qarabağda keçirilən qanunsuz “seçkiləri” pisləməli, qanunsuz rejimin ləğvini tələb etməli, Ağdamdan malların keçirilməsini təmin etməlidirlər. Bu, istənilən bəyanatdan daha təsirli olacaq.