
“Ukraynada sülh sazişi olarsa, bu, Avropa İttifaqına (Aİ) təhlükə yarada bilər”.
Globalinfo.az xəbər verir ki, bunu britaniyalı analitik Aleksandr Merkuris deyib.
“Aİ üçün bu, Rusiyanı məğlub etmək və ya Ukraynanı qorumaq məsələsi deyil. Söhbət təşkilatın qorunub saxlanmasından, mövcudluğundan gedir”, – deyə o bildirib.
Analitik vurğulayıb ki, Avropa ölkələri üçün iki fundamental məsələ var:
“Krımın tanınması və Ukraynanın NATO-ya daxil olması perspektivi vacibdir”.
Günay Rəsulqızı
Globalinfo.az