Qərb regionda vəziyyətin pisləşməsinə səbəb olur – Patruşev

Azərbaycanla Ermənistan arasında nizamlanma o zaman mümkündür ki, qeyri-regional qüvvələr münaqişəyə müdaxiləni dayandırsın.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvada MDB ölkələri təhlükəsizlik şurası katiblərinin iclasında bildirib

Onun sözlərinə görə, Qərbin addımları vəziyyəti daha da dərinləşdirir:

“Biz həmçinin Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşdirilməsində, onun inkişafı üçün şərait yaradılmasında, qarşılıqlı etimad və əməkdaşlığın gücləndirilməsində maraqlıyıq. Bu məqsədlə Rusiya bu ölkələr arasında sülh müqaviləsinin bağlanması, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması maraqları naminə Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli normallaşdırılması istiqamətində ardıcıl addımlar atır”.

Patruşev əlavə edib ki, Qərb ölkələrinin hərəkətləri regionda vəziyyətin pisləşməsinə səbəb olur və orada ziddiyyətlərin qalmasına şərait yaradır.