Qərb razı saldı: Putin Avropadakı son dayağını itirir

Macarıstan dəyişən geosiyasi reallıqlar ucbatından gələcəkdə Rusiya ilə münasibətlərini yenidən nəzərdən keçirə bilər.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

Onun sözlərinə görə, Ukrayna konfliktinin bitməsindən sonra Rusiya-Avropa münasibətlərinin bərpa olunması reallıqdan uzaqdır:

“Buna görə də Macarıstan yaxın 10-15 ildə Rusiya ilə xarici siyasət və iqtisadiyyat sahəsində hansı səviyyədə münasibət qurmaq istədiyi barədə düşünməlidir”.

Bununla belə Orban Moskva ilə münasibətlərin saxlanmasında maraqlı olduqlarını, çünki Rusiyadan enerji asılılıqlarının olduğunu söyləyib.

Qeyd edək ki, Macarıstan Avropa Birliyi daxilində Rusiya ilə münasibətləri normal şəkildə saxlayan yeganə dövlətdir. AB-nin bütün çağırışlarına baxmayaraq, Budapeşt Moskva ilə münasibətlərini tam kəsməkdən imtina edib. Üstəlik, rəsmi Budapeşt Ukraynaya silah tədarükünə də qarşı çıxıb.

İlkin Həsənov
Globalinfo.az