“Hazırki xarici siyasi şəraitindən yararlana bilmək üçün Ermənistan siyasi subyektə çevrilməlidir. Lakin indi ölkənin başında müvafiq bacarıqlara malik olmayan hakimiyyət orqanları var. Ona görə də, bu, mümkün deyil”.
Globalinfo.az xəbər verir ki, bunu politoloq Arqişti Kiviryan deyib.
O bildirib ki, Paşinyan Ermənistanı alver obyektinə çevirib. Ermənistan hakimiyyəti İranın ABŞ-ın regionda fəallaşmaq cəhdlərindən narazılığına məhəl qoymur.
“Xarici qüvvələrin regiona dəvət olunması Tehranın düşmənlərini İran sərhədlərinə yaxınlaşdırmaq deməkdir. İran İslam Respublikası İrəvanı bu siyasəti davam etdirməməyə çağırır. Lakin Ermənistan hakimiyyəti bunu anlamır və eyni siyasəti davam etdirir. Paşinyan ona hakimiyyətə gəlməkdə köməklik edən qüvvələrin göstərişlərini yerinə yetirir. Əgər Ermənistan İran və digər ölkələrin siqnallarından düzgün istifadə etsəydi, indiki vəziyyətə düşməzdi”, – deyə analitik əlavə edib. Qərb Paşinyana Qarabağ məsələsini bağlamaq və anti-Rusiya təbliğatı aparmaq üçün cəmi 270 milyon dollar vəd edib”, – deyə Kiviryan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az