“Qərb ekspertləri də Rusiyanın “Oreşnik” kompleksinin buraxılış məsafəsini hesablayırlar”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.
O, qeyd edib ki, Avropanın bütün ərazisi və NATO-nun Yaxın Şərqdəki bazaları əhatə dairəsinə düşür.
Putinin Oreşnikdən istifadə ilə bağlı açıqlamalarına reaksiya
Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko dekabrın 6-da Minskdə İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasından sonra Rusiya lideri Vladimir Putindən “Oreşnik”in respublikada yerləşdirilməsi üçün müraciət etdiyini açıqlayıb. Vladimir Putin kompleksin təhvil verilməsinin 2025-ci ilin ikinci yarısında həyata keçirilə biləcəyini bildirib.