siyasi
Chess pawns with Russian and Ukrainian flags with European Union and USA in the background. Conflict between Ukraine and the Russian Federation

Qərb ölkələri ABŞ-la razılaşaraq Rusiya-Ukrayna müharibəsinin nizamlanmasına dair yeni plandan Avropa İttifaqı (Aİ) və NATO ilə bağlı müddəaların çıxarılmasına qərar veriblər.

Globainfo.az xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Antoniu Koşta məlumat yayıb.

Cenevrədə 23 noyabr tarixində ABŞ, Aİ və Ukrayna nümayəndələri arasında danışıqlar aparılıb. ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Avropa və NATO ilə birbaşa bağlı məsələlər Ukrayna üzrə danışıqlardan ayrıca müzakirə formatına keçirilib.

“ABŞ və Ukrayna yeni işçi sənəd hazırlayıblar. Bu plandan Avropa İttifaqı və NATO-ya dair bütün müddəalar çıxarılıb. İndi ABŞ bu təklifləri Rusiya ilə müzakirə etməlidir,” – deyə Koşta Almaniyanın Handelsblatt qəzetinə verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, avropalılar ABŞ-la razılığa gələ biliblər. Beləliklə, Aİ ilə bağlı məsələlər yalnız İttifaqla müzakirə ediləcək.

“Avropanın təhlükəsizliyi ilə bağlı məsələlər NATO çərçivəsində müzakirə olunmalıdır. Bu müzakirəni NATO-dan kənarda aparmağa ehtiyac yoxdur. Aİ-yə aid spesifik məsələlər, sanksiyalar, genişlənmə, dondurulmuş aktivlər yalnız Avropa İttifaqı tərəfindən müzakirə oluna və qərarlaşdırıla bilər,” – Koşta deyib.

O, həmçinin vurğulayıb ki, Aİ və ABŞ arasındakı münasibətlər sabitləşib və bu, üç əsas istiqamətdə, ABŞ-ın NATO-ya sadiqliyi, Ukraynaya dəstək və ticarət əlaqələrinin qorunmasında özünü göstərir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: