Qərb Bakı-İrəvan münaqişəsini qızışdırır – Matviyenko

“Qərb dövlətləri yalnız Azərbaycanla Ermənistan arasında münaqişəni qızışdırmaq niyyətində idilər”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Bişkekdə Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə görüşündə deyib.

“Biz sülh gündəminin təşviqində onlar tərəfdən müsbət addımlar görmədik”, – V.Matviyenko vurğulayıb.

Onun sözlərinə görə, Rusiya Cənubi Qafqazın sabit və dinc olmasını təmin etmək üçün həmişə fəallıq göstərib.