Britaniya İrandakı raket obyektlərinə hücum etməyə hazırlaşır.
Globalinfo.az xəbər verir ki, “The Guardian” qəzetinin məlumatına görə, London gələcəkdə İranın ballistik raket buraxılış obyektlərinə mümkün hücumlarda iştirakı istisna etmir.
Qəzet yazır ki, yaxın günlərdə ABŞ-a məxsus ağır bombardman təyyarələrinin Britaniyadakı “Fərford” və Hind okeanında yerləşən “Dieqo-Qarsiya” bazalarına göndərilməsi planlaşdırılır. Bu təyyarələr İrandakı yeraltı raket infrastrukturuna mümkün hücumlarda istifadə oluna bilər.
Qəzet qeyd edir ki, belə bir hərbi addım regionda gərginliyi daha da artıra bilər.
Əliyar Xəlil
Globalinfo.az