
ABŞ “xarici agentlər haqqında” qanunun qəbuluna görə gürcü siyasətçilərinə və rəsmilərinə qarşı sanksiyalar tətbiq edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
O bildirib ki, Vaşinqton sanksiyaya məruz qalan şəxslərə qarşı görülən məhdudlaşdırıcı tədbirlər barədə məlumat verməyəcək.
“ABŞ onlarla Gürcüstan vətəndaşına qarşı viza məhdudiyyətləri tətbiq etmək niyyətindədir. Sanksiyalar parlamentdəki “Gürcü arzusu” fraksiyasının üzvlərinə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və fərdi şəxslərə şamil ediləcək”, – deyə Miller vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az