Qənirə Paşayevnın bacısından ürəkağrıdan paylaşım – FOTO

Mərhum deputat Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva Facebook səhifəsində ürəkağrıdan paylaşım edib.

Globalinfo.az xəbər verir ki, o, Q.Paşayeva ilə olan fotosunu paylaşaraq şeir yazıb.

Həmin şeiri təqdim edirik:

Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla!
“Ölmədim” deyirəm, nə bilim axı, –
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz ölmüşəm elə.

Qeyd edək ki, Qənirə Paşayeva 28 sentyabrda müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Zaira Akifqızı
Globalinfo.az