Qənirə Paşayeva ilə bağlı son dəqiqə açıqlaması – Baş həkim danışdı

“Hazırda Qənirə Paşayeva reanimasiya şöbəsindədir, müalicəsinə davam edirik, vəziyyəti ağırdır”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev deyib.

O bildirib ki, əsas məqsəd xəstəni şok vəziyyətindən çıxarmaqdır:

“Komanda olaraq bu işlə məşğuluq. Kompleks şəkildə müalicə işi gedir”.

Qeyd edək ki, deputat Qənirə Paşayeva sentyabrın 23-də səhər saatlarında ağır şok vəziyyətində Mərkəzi Klinikaya gətirilib.

Zaira Akifqızı
Globalinfo.az